Sabah hava buludlu olacaq - <span style="color:red;">YENİLƏNİB
12 mart 2014 13:48 (UTC +04:00)

Sabah hava buludlu olacaq - YENİLƏNİB

Sabah hava buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntlı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturunun gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.


Rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Güclü qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7, gündüz 5-10 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz

Martın 12-si axşamdan 14-ü gündüzədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, şimal küləyinin güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1126

Oxşar yazılar