Sabah ərizə qəbulu başlayır
08 aprel 2013 10:49 (UTC +04:00)

Sabah ərizə qəbulu başlayır

 

Sabah 2013-2014-cü tədris ili üçün ali məktəblərə və  orta ixtisas təhsili müəssisələrinə  ərizə qəbulu başlayacaq. Bu barədə Lentaz-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Abituriyentlər mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dək müvafiq SQK-da təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər. 

Ümumtəhsil müəssisələrini 2012-2013-cü tədris ilində bitirmiş abituriyentlər, ilk-peşə ixtisas təhsili müəssisələrini 2012-2013-cü tədris ilində bitirmiş qız abituriyentlər elektron ərizələrini aprelin 9-dan mayın 17-dək Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən özləri təsdiq etdirə bilərlər

Qeyd edək ki, ali məktəblərə qəbul imtahanına iyul ayından start veriləcək. 

# 766

Oxşar yazılar