Sabah da hava küləkli olacaq
31 avqust 2014 14:47 (UTC +04:00)

Sabah da hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrolgiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun proqnozlarına əsasən artıq iki gündür Bakıda və Abşeron yarmadasında güclü külək müşahidə edilir. Qeyd edək ki, avqustun 31-də günün ikinci yarısında küləyin sürəti 10-15, arabir isə 18 m/s təkil edəcək. Atmosfer təzyiqi 760  mm civə sütunu, havanın nisbi rütubəti gecə 70-80 faiz, gündüz isə 50-60 faiz təşkil edəcək.

 

Sentyabrın 1-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq. Ayın 2-də isə küləyin mülayimləşəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1213
avatar

Oxşar yazılar