Bakıda Novruz bayramı münasibətilə keçiriləcək tədbirlə əlaqədar mərkəzi yollardan birində nəqliyyatın hərəkəti dayandırılacaq.
Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Konstitusiya Məhkəməsinin və Qoşa Qala qapısının qarşısında yerləşən Gənclər meydanında İlaxır çərşənbə günü münasibəti ilə təşkil olunacaq bayram konsertinin keçirilməsi ilə bağlı İstiqlaliyyət küçəsi və Azərbaycan prospektinin kəsişdiyi yerdən Əziz Əliyev küçəsi istiqamətinə gedən yol sabah gün ərzində bağlı olacaq.