Sabah Azərbaycanda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya açıqlamasında deyib ki, temperaturun gecə 22-25 dərəcə, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. Bakıda gecə 23-25, gündüz isə 30-32 dərəcə isti olacağı ehtimalı var.
Abşeron çimərliklərində: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə dəniz suyunun temperaturu 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Azərbaycanın digər bölgələrində isə hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.