İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə “Maştağa” su anbarında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.
“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar yanvarın 8-də paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarına, eləcə də Abşeron rayonunun bir hissəsinə içməli su gün ərzində fasilələrlə veriləcək.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.