4 rayonda səyyar protez bərpa xidməti təşkil ediləcək
16 iyul 2015 10:57 (UTC +04:00)

4 rayonda səyyar protez bərpa xidməti təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidmətini davam etdirir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən iyulun 23-də saat 9.00-dan 13.00-dək Saatlı rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək İmişli rayon ƏSMM-nin inzibati binalarında, iyulun 24-də saat 9.00-dan 13.00-dək Beyləqan və saat 14.00-dan 18.00-dək Füzuli rayonlarının mərkəzi xəstəxanalarında əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada xidmət göstəriləcək. Xidmət göstəriləcək şəxslər əvvəlcədən qeydiyyata alınıb və onlar ehtiyac duyduqları  protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin olunacaq.
 


Qeyd edək ki, cari ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 37 rayon və şəhərində səyyar formada protez-ortopedik bərpa xidməti təşkil edilib və 1500 nəfərə yaxın şəxsə müvafiq xidmətlər göstərilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar