APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri BİİB-nin sədri Məhəbbət İmanov açaraq Xocalı haqqında gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələrinə faciə ilə bağlı tarixi faktları açıqlayıb.
Tədbirdə Asərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Vüsal Məmmədov, Qardabani şəhər meri Leyla Bendeliani, professot Qela Xutsişvili, BİİB idarəheyətinin üzvlərindən Elşən Vəliyev, Aybəy İsayev və gənc alim Aygül İsayeva və başqaları Xocalı faciəsi haqqında fikirlərini bildirib. Dünya birliyinin hələ də bu faciəyə qiymət verməməsini vurğulayaraq, sonda Azərbaycanın haqq işinin təntənə çalacağını vurğulayıblar.
Tədbirdə Xocalı faciəsindən bəhs edən “Bir şəhərin faciəsi” adlı film nümayiş olunub və faciyə ilə bağlı foto sərgi və kitabların sərgisi təşkil edilib. Tədbirdə gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, gənclər və jurnalistlər iştirak edib.