Ruslar Moskvada Azərbaycan dilini öyrənir
17 sentyabr 2016 18:39 (UTC +04:00)

Ruslar Moskvada Azərbaycan dilini öyrənir

0

Moskvada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və İnkişaf Fondu "bazar günü məktəbləri" fəaliyyətinə başlayıb. Bu barədə Lent.az-a fondun direktoru Şamil Tağıyev məlumat verib. O bildirib ki, məktəbdə Azərbaycan dili, ədəbiyyatı, tarixi, fəlsəfə, ərəb, rus dilləri tədris ediləcək. Məktəbdə tədris pulsuz olacaq.

 

Artıq məktəbdə oxumaq istəyən 250 nəfər qeydiyyatdan keçib. Onların əksəriyyətinin Rusiya vətəndaşı olması diqqəti cəlb edir. Rusiya vətəndaşları əsasən Azərbaycan dilini öyrənməyə həvəs göstərirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar