Rusiyada miqrantlara daha bir məhdudiyyət
18 oktyabr 2013 13:25 (UTC +04:00)

Rusiyada miqrantlara daha bir məhdudiyyət

Moskva merinin tikinti məsələləri üzrə müavini Marat Xusnullin paytaxtda fəaliyyət göstərən tikinti şirkətlərindən qeyri-leqal miqrantların əməyindən imtina etməyi tələb edib. APA TV xəbər verir ki, Marat Xusnullin Moskvada qeyri-leqal miqrantlarla fəal mübarizə aparıldığını bildirib: “Mən bütün tikinti şirkətlərini, bizim tərəfdaşları xəbərdar edirəm – siz özünüz təhlil edin. Sizdə belə hallar varsa, yaxşı olar ki, özünüz onları aradan qaldırasınız, əks halda, belə hallar aşkarlandıqda cəzalandırılacaqsınız”.  

Marat Xusnullin "büdcə hesabına həyata keçirilən tikinti işlərində qeyri-leqal miqrantlar olmamalıdır" - deyə, xəbərdarlıq edib.

 

Moskvada oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakov Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən öldürülməsi xəbəri yayıldıqdan sonra Rusiyada miqrantlara qarşı etirazlar keçirilib. Hadisədən bir neçə gün sonra isə bir Özbəkistan və bir Azərbaycan vətəndaşı öldürülüb. Hazırda Orxan Zeynalov həbs edilib, istintaq aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540
avatar

Oxşar yazılar