Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2013/2014-cü tədris ili üçün rezidentura səviyyəsinə keçirilən müsabiqə nəticəsində 528 plan yerinə 504 nəfər namizəd qəbul olub. Bu barədə qurumun mətbuat xidmətindən Lent.az-a məlumat verilib. Qəbul olanlardan 496 namizəd qeydiyyatdan keçib və nəticədə 31 plan yeri boş qalıb.
Boş qalan plan yerlərindən 10-u Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə aid olan ixtisaslardır. Bu ixtisaslar üzrə müsabiqədə iştirak etmək hüququ olan heç bir namizəd olmadığı üçün həmin ixtisaslar müsabiqəyə təqdim olunmur.
Müsabiqənin nəticələrinə əsasən, boş qalan plan yerlərini istiqamətlər üzrə təqdim edirik:
I istiqamət (Müalicə işi, pediatriya)
I. Azərbaycan Tibb Universiteti
311244 Terapiya – 1 yer
II. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313189 Psixiatriya – 1 yer
313253 Dermatovenerologiya – 1 yer
III. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası
329113 Anesteziologiya-reanimatologiya – 1 yer
IV. Respublika Narkoloji Mərkəz
332118 Narkologiya – 1 yer
IV istiqamət (Tibbi-profilaktika)
I. Azərbaycan Tibb Universiteti
311455 Gigiyena – 4 yer
II. Respublika Gigiyena-Epidemiologiya Mərkəzi
333122 Gigiyena – 6 yer
333139 Epidemiologiya – 4 yer
I, II və IV istiqamətlər üzrə
Naxçıvan Dövlət Universiteti
361132 Sosial gigiyena və səhiyyənin təşkili – 1 yer
I, III və IV istiqamətlər üzrə
Naxçıvan Dövlət Universiteti
361149 Mikrobiologiya – 1 yer
Müsabiqədə iştirak etmək istəyən namizədlər 24 sentyabr saat 14:00-dan 25 sentyabr saat 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə TQDK-ya müraciət edə bilərlər.
Qeyd: Digər ixtisaslar üzrə plan yerləri tam dolub.
Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib SİYAHI
1262