Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin ailəsi prezident İlham Əliyevə təşəkkür edib.
Lent.az-ın məlumatına görə, dövlət başçısının M. Ə. Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirən mərhumun nəvəsi Rais Rəsulzadə azvision.az-a açıqlamasında prezidentin bu addımına sevindiklərini deyib:
“Sərəncama çox sevindik. Çox gözəl, yerində, vaxtında verilmiş sərəncamdır. Mənə elə gəlir ki, buna hamı sevinir. Bu sərəncamı gözləyirdik, olmalı idi”.
Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də, Bakının Novxanı kənində anadan olub.