Restoran, kafe və yeməkxanalarda yoxlamalar aparılacaq
13 iyun 2013 11:03 (UTC +04:00)

Restoran, kafe və yeməkxanalarda yoxlamalar aparılacaq

“Şadlıq saraylarında yoxlamalar aparılır, restoranlarda, kafelərdə, yeməkxanalarda da mütəmadi yoxlamalar aparacağıq”. Lent.az-ın verdiyi məlumata görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə  Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Məsim Babayev bildirib.

 

Məsim Babayev hazırda yoxlamalarla bağlı hazırlıq işlərinin aparıldığını söyləyib: “İctimai iaşə obyektlərində, restoranlar və kafelərdə xammalların alınması zamanı müvafiq sertifikatların tələb olunması aparılmır. İstifadə edilən, xüsusilə də hazırlanan salatlar çox darısqal şəraitdə hazırlandığı üçün çox tez-tez bağırsaq qrupu bakteriyalarına rast gəlinir”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573
avatar

Oxşar yazılar