“Ümumtəhsil məktəbində ailənin maddi vəziyyətinə görə heç bir uşağa fərq qoyulmur və dərslər hamıya mövcud şərait daxilində eyni səviyyədə keçilir”. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsinə istinadən xəbərinə görə, bu barədə vətəndaşların sualları cavablandırılarkən bildirilib.
Təhsil Nazirliyi bəyan edib ki, repetitorluğa qarşı Təhsil Nazirliyinin mövqeyi məlumdur və bunun aradan qaldırılması üçün tədbirlərin görülməsi daim gündəmdədir: “Belə fəaliyyətlə məşğul olan müəllimlərin məktəbdən uzaqlaşdırılması isə heç bir qanunvericilik aktında nəzərdə tutulmayıb. Repetitorluqla məşğul olub məktəbdə keyfiyyətli dərs deməyən müəllimlərlə əlaqədar təhsil orqanları, məktəb rəhbərləri ilə yanaşı, valideynlər də prinsipial mövqeyini bildirməlidirlər”.