“Mənim adımdan prezidentə təşəkkür edin. Ona minnətdaram”. Lent.az-ın “azvision.az”a istinadən xəbərinə görə, bunu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, müalicə üçün Almaniyaya göndərilən Rais Rəsulzadə deyib. O bildirib ki, artıq dünəndən Almaniyadadır: “Almaniyadayam, bir azdan həkimlər məni müayinə edəcək”.
Xəstəliyi barədə ətraflı məlumat vermək istəməyən Rəsulzadə orada neçə gün müalicə olunacağının da dəqiq məlum olmadığını deyib.
Qeyd edək ki, prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə əməliyyat olunmaq üçün Almaniyaya göndərilib.
O, dövlət hesabına bu ölkənin məşhur “Şarite” hospitalında əməliyyat ediləcək və müalicə alacaq.