Rəhim Hüseynzadə Mətbuat Şurasının icraçı katibi vəzifəsindən istefa verib
03 mart 2017 17:38 (UTC +04:00)

Rəhim Hüseynzadə Mətbuat Şurasının icraçı katibi vəzifəsindən istefa verib

Azərbaycan Mətbuat Şurasının icraçı katibi, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadənin 66 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, Şuranın bu gün keçirilən iclasında MŞ sədri Ə. Amaşov R. Hüseynzadənin Şuranın formalaşmasındakı və inkişafındakı xidmətlərindən söz açıb. MŞ-nın hazırkı statusunun əldə edilməsində veteran jurnalistin böyük əməyinin olduğunu deyən Ə. Amaşov R. Hüseynzadəni şuranın fəxri diplomu ilə təltif edib.

 

R. Hüseynzadə ona göstərilən diqqətə görə İdarə Heyətinin üzvlərinə təşəkkürünü bildirib. O, Mətbuat Şurasında keçirdiyi illərin ömrünün ən yaddaqalan və xoş səhifələri olduğunu vurğulayıb. R. Hüseynzadə həmçinin artıq təqaüd yaşında olduğunu bildirərək Şurada tutduğu vəzifədən istefa vermək qərarına gəldiyini açıqlayıb. İH üzvləri istefanı qəbul ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar