Region TV “APA Holding”dən reportaj hazırlayıb
13 yanvar 2015 12:27 (UTC +04:00)

Region TV “APA Holding”dən reportaj hazırlayıb

0


“Region TV”-də yayımlanan “Medialayn” verilişinin bu dəfəki buraxılışı “APA Holding”ə həsr olunub.

Verilişdə “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, rəhbərlik etdiyi media şirkətinin yaranma tarixi, fəaliyyəti, gələcək planları barədə ətraflı məlumat verib. Eyni zamanda o, müasir Azərbaycan mediasının hazırkı durumu barədə ətraflı danışıb.

Vüsalə Mahirqızı “APA”nın müasir mediamız üçün məktəb rolunu oynadığını xüsusilə vurğulayıb: “Biz müasir media sahəsində məktəb rolunu oynayırıq. Bu gün bir çox media saytlarının rəhbərləri, aparıcı redaktorlar “APA”dan transfer olunublar”.

Verlişdə holdinqin idarəçiliyi, “PR” şöbəsi və İnformasiya-Kommunikasiya Texnologiyalarının Departamentinin (İKTD) fəaliyyətindən də bəhs edilib.
Sözügedən reportajı təqdim edirik:
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar