Ekologiya və Təbii Sərvətlər Nazirliyi oktyabrın 15-nə gözlənilən hava şəraiti barədə məlumat yayıb. ETSN-nın Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 15-18 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, şimal və şərq rayonlarında yağış yağacağı, bəzi rayonlarda intensiv olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Aran rayonlarında gecə 9-14, gündüz 20-25, dağlarda gecə 0-5 isti, gündüz 9-14 dərəcə isti olacaq.
Yaxın 2 gün ərzində Abşeron yarımadasında qeyri-sabit, rütubətli hava şəraiti, oktyabrın 16-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər. Hava oktyabrın 16-sı gündüzədək qeyri-sabit olacaq.