Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Lakin yarımadanın bəzi yerlərində gecə az yağış yağacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın əksər rayonlarında hava yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.