Rayonlara ezam edilmiş həkim briqadası uşaqları müayinə edir
05 iyun 2013 13:19 (UTC +04:00)

Rayonlara ezam edilmiş həkim briqadası uşaqları müayinə edir

Respublika Uşaq Klinik xəstəxanasının mütəxəssisləri Astara xəstəxanasının həkimləri ilə birlikdə rayonda 100-ə yaxın uşağı müayinədən keçiriblər. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.  

Analoji tədbir Tərtərdə də olub. Səhiyyə Nazirliyi tərəfindən regiona ezam edilmiş Elmi Tədqiqat Pediatriya İnstitutunun, Hematologiya və Transfuziologiya İnstitutlarının, Uşaq Klinik xəstəxanası və Respublika Uşaq Psixonevroloji Mərkəzinin pediatr, kardioloq, LOR, nevropatoloq, cərrah, psixiatr və hematoloqlardan ibarət həkim briqadası tərəfindən 98 uşağın müayinəsi həyata keçirilib.

Ucara isə 8 nəfərlik həkim briqadası ezam olunub. Rayonda dərinləşdirilmiş müayinələrin aparılması məqsədi ilə nevropatoloq, kardioloq, pediatr cərrah, LOR, psixiatr və hematoloqdan ibarət mütəxəssis briqadası tərəfindən 110 uşaq müayinə olunub. Yerlərdə müalicə həkimlərinə müəyyən tövsiyələr edilmiş, nisbətən ağır diaqnozlu uşaqlara müalicəsini Bakı şəhərində davam etdirilməsi üçün göndərişlər verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar