Ramiz Mehdiyev AMEA-nın ötən ilin yekunlarına dair yığıncağına qatılıb
18 aprel 2014 19:30 (UTC +04:00)

Ramiz Mehdiyev AMEA-nın ötən ilin yekunlarına dair yığıncağına qatılıb

"Hazırda AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası hazırlanır, elmi tədqiqatların prioritet istiqamətləri yenidən müəyyənləşdirilir və bu işlər artıq yekunlaşmaq üzrədir".
 
APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncağında çıxışı zamanı qurumun prezidenti, akademik Akif Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan regionun elm mərkəzinə çevrilməsi üçün bütün imkanlara sahibdir. Müasir İKT ilə təchiz edilmiş, regionda ən qabaqcıl kitabxanalardan olacaq İnformasiya Resursları Mərkəzi istifadəyə tam hazırdır.
 
Akademiyanın 2013-cü ildəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edən AMEA-nın akademik-katibi Rasim Əliquliyev bildirib ki, hesabat ilində qurumun elmi müəssisələrində 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb. Onlardan 55 iş tətbiq olunub. AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib.
 
Rasim Əliquliyev qeyd edib ki, AMEA-nın icraçısı olduğu dövlət proqramlarından 3-ü artıq başa çatıb, 13-ü isə hələ davam edir.
 
Qeyd edək ki, yığıncaqda iştirak edən Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev AMEA-nın əsas binasında elmi müəssisə və təşkilatların 2013-cü ildəki fəaliyyətini əks etdirən kitab, jurnal və digər nəşrlərin sərgisi ilə tanışlıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834
avatar

Oxşar yazılar