Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 31-də saat 10:00-da Bərdə Rayon Polis Şöbəsində vətəndaşları qəbul edəcək. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı rayonlarının sakinləri, eyni zamanda, qeyd olunan rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifəsində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idmançı cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli şəxslər iştirak edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşların işlə təmin olunmaları ilə əlaqədar müraciətlərinə baxılmayacaq.