Qvatemalada ötən axşam ikinci dalğa ilə püskürən Fieqo vulkanı hələ də sönməyib. Artıq Fieqonun püskürməsi ətraf bölgələrdə 103 nəfərin ölümünə səbəb olub.
Lent.az haberflash.com-a istinadla bildirir ki, 332 nəfərin taleyi indiyə qədər naməlumdur. Hökumət artıq həmin şəxslərin itkin hesab edilməsi ilə bağlı qərar qəbul edib. Lava və “yanan kül” altında qalmış insanların sağ qalma ehtimalının 0-a bərabər olduğu bildirilib.
Qeyd edək ki, Fieqo vulkanının birinci dalğası bazar ertəsi püskürmüşdü. Qvatemala höküməti birinci püskürmədə 49 nəfərin öldüyünü, 182 nəfərin itkin düşdüyünü açıqlamışdı.