Qüsurlu şagirdlərin sayı açıqlandı
23 oktyabr 2013 18:19 (UTC +04:00)

Qüsurlu şagirdlərin sayı açıqlandı

Təhsil Nazirliyi hazırda xüsusi məktəblərdə təhsil alan əqli qüsurlu şagirdlərin sayını açıqlayıb. Lent. az-ın məlumatına görə, Təhsil Nazirliyi sistemində 4 xüsusi məktəb fəaliyyət göstərir ki, onlardan da 3-ü Bakıda, 1-i isə Gəncədədir. Bu müəssisələrdə cəmi 2536 nəfər şagird təhsil alır.

 

Ümumtəhsil məktəblərindən şagirdlərin xüsusi məktəblərə keçirilməsi rayon (şəhər) təhsil şöbələrində fəaliyyət göstərən Psixoloji -tibbi-pedaqoji komissiyaların rəyi əsasında ola bilər. Həmin komissiyalarda təhsil işçiləri ilə yanaşı səhiyyə işçiləri də fəaliyyət göstərirlər. Şagirdlərin sağlamlıq vəziyyəti səhiyyə müəssisələri tərəfindən müəyyən edilir. Bütün hallarda xüsusi təhsilə cəlb olunma ilə əlaqədar təhsil və səhiyyə şöbələrinin nümayəndələri birgə qərar qəbul edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar