Qubada multikulturalizmlə bağlı beynəlxalq forum keçirilib
21 iyul 2014 18:32 (UTC +04:00)

Qubada multikulturalizmlə bağlı beynəlxalq forum keçirilib

Prezident yanında Gənclər Fondunun, eləcə də Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) təşkilatçılığı ilə Qubada “Multikulturalizmin Azərbaycan Modeli” adlı Beynəlxalq Gənclər Forumu keçirilib. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatından Lent.az-a verilən məlumata görə, forum 5 gün ərzində əcnəbi və yerli gənclərin fəal iştirakı ilə həyata keçirib.

 

Rəsmi plenar açılışda Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, Milli Məclisin deputatları Vahid Əhmədov, Yevda Abramov, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi Anna Bayramova, gənclər təşkilatları rəhbərləri və digər qonaqlar iştirak ediblər və çıxışları ilə forumun işini yüksək qiymətləndiriblər.

 

Forum iştirakçıları Qubada yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbəyə, Xınalıq kəndinə, Soyqırımı Məzarlığına və digər tarixi, mədəni yerlərə səfərlər də ediblər. Forum müddətində əcnəbi gəncləri rayon rəhbərliyi qəbul edib, Gənclər Mərkəzi ilə tanışlıq oldu, maraqlı konsert proqramı və mədəniyyətlərarası gecə təşkil olunub.

 

Forum müddətində 4 mövzu üzrə panellər təşkil olunub və geniş diskusiyalar aparılıb. Azərbaycanın multikulturalizm modeli və təcrübəsi yüksək qiymətləndirildi və bunun gənclər vasitəsilə dünyaya təbliği təqdir edilib. Forum öz işini çox əhəmiyyətli Quba Bəyannaməsinin qəbulu ilə başa çatıb.

 

 

Bəyannamədə qeyd olunub ki, son iki əsrdə bəşəriyyət çoxsaylı kataklizmalar, siyasi çaxnaşmalar, millətlər, xalqlar, cəmiyyətlər, siniflər, ölkələr, dinlər, etnik toplumlar, mədəniyyətlər, məzhəb və qruplararası mübarizələr, müharibələr, münaqişələrdən çox itkilər verib: “Bu baxımdan Quba Forumu iştirakçıları olan biz gənclər bu gün, eləcə də gələcəkdə oxşar konfiliktli situasiyaların, münaqişələrin olmaması üçün son vaxtlar dünyanın aparıcı beyin mərkəzlərinin, elm, din xadimlərinin, kulturoloqların, siyasətşünasların təklif etdiyi, xüsusən də Azərbaycanda real nəticələri görünən multikultural tolerantlığı dəstəkləyir, mədəni müxtəlifliyi və dini fərqliliyi alqışladığımızı bəyan edirik.  Planetimizin fəal ictimai, yaradıcı, intellektual çevrələri, kreativ gəncləri, vətəndaş cəmiyyəti institutları, aparıcı beyin mərkəzləri çoxdan dərk etməyə başlayıb ki, dünyanın müxtəlif mədəni qütbləri arasında dialoq və anlaşmanın, multikulturalizmin alternativi yoxdur. Bu baxımdan dünyada multikulturalizmin və mədəniyyətlərarası dialoqun rolunun dominantlıq təşkil etməsi və qlobal problemlərin intellektual, kreativ, mədəni, münaqişəsiz, qarşılıqlı anlaşma yoluyla, tolerant müstəvidə həlli olduqca önəmlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar