[b]Quba-Xınalıq yolunda yenidən UÇQUN TƏHLÜKƏSİ var[/b]
12 aprel 2019 10:16 (UTC +04:00)

[b]Quba-Xınalıq yolunda yenidən UÇQUN TƏHLÜKƏSİ var[/b]

Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməkliyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub. Bu barədə Lent.az-a AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
 
Məlumata görə, ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyyə olunur.
 
Təhlükə ilə bağlı əraziyə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634
avatar

Oxşar yazılar