Qolbaq həkimlərin işini yüngülləşdirir
24 oktyabr 2013 14:23 (UTC +04:00)

Qolbaq həkimlərin işini yüngülləşdirir

Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) bəzi şöbələr yenidən qurulub. Lent. az-ın məlumatına görə, xəstəxanaya xüsusi qolbaqlar və planşetlər gətizdirilib, həmin avadanlıqlarda mikroçip qurulub. Belə ki, xəstə haqqında dolğun informasiya, həmçinin xəstəlik tarixçəsi, laboratoriya cavabları və digər lazımi məlumat proqram vasitəsilə qolbağa yüklənilir. Bundan sonra həkim planşeti xəstənin qolunda olan qolbağa yaxınlaşdırmaqla bütün lazımi məlumatları əldə edə biləcək.

Qeyd edək ki, bir neçə gün əvvəl yenidən qurulmuş Ürək və damar xəstəlikləri, Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbələri istifadəyə verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620

Oxşar yazılar