Azərbaycan prezidenti İlham Əliyev Qobustan Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikilməsi haqqında sərəncam imzalayıb. Lent. az-ın məlumatına görə, sərəncamla Qobustan Mərkəzi Rayon Xəstəxanasının 50 çarpayılıq yeni binasının tikilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.