Qiyabi təhsil ləğv olunur
09 iyul 2013 12:04 (UTC +04:00)

Qiyabi təhsil ləğv olunur

Azərbaycanda ali təhsil müəssisələrində qiyabi təhsil üzrə qəbul 2015-ci ildən dayandırılacaq.


 

Bu barədə APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib.

 

Komitə sədri qeyd edib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant (məsafədən təhsil) təhsillə əvəz olunacaq: “Çünki bütün dünyada belə qəbul olunub. Keçmiş SSRİ ölkələri istisna olmaqla, dünyanın heç yerində qiyabi təhsil yoxdur, yalnız distant təhsil var. Bizdə qiyabi şöbələrə qəbul olunan sonuncu şəxslər təhsillərini başa vurduqdan sonra - 2015-ci ildən etibarən bu prosesi tədricən həyata keçirmək olar”.

 

Təhsil Nazirinin qiyabi təhsil alanların pedaqoji fəaliyyətinə qoyduğu qadağaya da münasibət bildirən Ş. Hacıyev deyib ki, bu, birbaşa icra edici orqanın səlahiyyətində olan prosesdir, qanunvericiliyə heç bir aidiyyəti yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5239
avatar

Oxşar yazılar