Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyətlər verildi
Qida Təhlükəsizliyi Agentliyinə yeni səlahiyyət verilib.
APA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamın 6-cı hissəsində “Kənd Təsərrüfatı Nazirliyi” sözləri “Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilib.
Dəyişikliklə, Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi ziyanverici orqanizmlərin və xəstəliklərin ölkə ərazisinə yayılmasına yol verməmək məqsədi ilə beynəlxalq təcrübədə qəbul edilmiş risklər əsasında müvafiq qoruyucu tədbirlər müəyyən etmək səlahiyyətinə malikdirlər. Həmin qurumlar eyni zamanda ərazisində xüsusi təhlükəli xəstəliklərin baş verməsi qeydə alınan xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatların qabaqcadan operativ surətdə Dövlət Gömrük Komitəsinə ötürülməsini təmin etsinlər.
877