Qənirə Paşayeva TASAM prezidenti ilə görüşüb
09 aprel 2013 13:25 (UTC +04:00)

Qənirə Paşayeva TASAM prezidenti ilə görüşüb

0

 

Millət vəkili Qənirə Paşayeva Türkiyə Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM) prezidenti Süleyman Şensoy  ilə görüşüb.

Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu deyən Qənirə Paşayeva iki ölkənin strateji mərkəzləri və qeyri-hökumət təşkilatları (QHT) arasında əlaqələrin daha da genişləndirilməsini zəruri sayıb.

Millət vəkili Azərbaycan dövlətinin türkdilli dövlətlərin və xalqların əməkdaşlığının genişləndirilməsinə, diasporlarımızın birgə fəaliyyətinə böyük önəm verdiyini vurğulayıb. Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən TASAM prezidenti Süleyman Şensoy isə yaxın gələcəkdə Azərbaycanın müxtəlif qurumları ilə birgə tədbirlər və layihələr həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsinin vacib olduğunu bildirib.

Görüşdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin QHT-ləri, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 846

Oxşar yazılar