Türkiyənin Konya şəhərində səfərdə olan millət vəkili Qənirə Paşayeva Məram bələdiyyə başqanı Sərdar Kalayçı ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüş zamanı Azərbaycanın 3 tarixi abidəsinin kiçildilmiş modelləri yeni salınacaq parkda qoyulması barədə danışıqlarapar aparılıb. Məram Bələdiyyə başçısı Sərdar Kalaycı bildirib ki, Ölkələrimiz arasındakı əlaqələr hələ keçmiş dövrlərdən mövcuddur: “Azərbaycanla Türkiyə Heydər Əliyevin də dediyi kimi bir millət iki dövlətdir. Biz də Məramın Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsinə səy göstəririk”.
Sonra Millət vəkili Qənirə Paşayeva atılan addımları yüksək qiymətləndirərək iki qardaş ölkənin bölgələri arasında da əlaqələri möhkəmləndirməyin mühüm əhəmiyyət daşıdığını bildirib: “Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur”.
Sonra Millət vəkili müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının ikinci hissəsini hazırlamağı planlaşdırdığını və həmin hissədə mənəviyya dünyamız və tariximizdə böyük yeri olan Konyaya və təbii ki, Mərama da geniş yer verəcəyini bildirib.