Gürcüstanda millət vəkili Qənirə Paşayevanın kitablarının təqdimatı və imzalanması keçirilib. Lent. az-ın məlumatına görə, təqdimat həmvətənlərimizin kompakt yaşadığı Marneulidə olub. Tədbir Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı, Qənirə Paşayevanın təşəbbüsü ilə baş tutub. Kitaba böyük maraq göstərən Marneuli rayonunun ziyalıları, gəncləri imzalanma mərasimində fəal iştirak ediblər. Millət vəkili Qənirə Paşayeva onun “imza günü” üçün gələn çoxsaylı oxucuları, kitabsevənləri, ədəbiyyat dostlarını, sadə insanları bir arada görməkdən məmnun olduğunu bildirib və Gürcüstan azərbaycanlılarına onun müəllifi olduğu kitablara göstərdikləri diqqət və maraq üçün təşəkkür edib. Millət vəkili bir müəllif kimi bu əsərlərin yazılma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib: “Mən bu kitabları sadə dildə yazmışam. Ümid edirəm ki, şair və yazıçılarımız nəşr olunan kitablarının Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında təqdimatını daha çox keçirəcək və bu kitabları Azərbaycan dilli məktəblərə, ziyalılara hədiyyə edəcəklər. Mən bütün yazıçılarımızı buna çağırıram”.

Oxşar yazılar

Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04