Qənirə Paşayeva Hindistan Milli Konqresinin lideri ilə görüşdü
29 sentyabr 2014 14:38 (UTC +04:00)

Qənirə Paşayeva Hindistan Milli Konqresinin lideri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Hindistan Milli Konqresinin lideri Sonya Qandi ilə görüşüb. Lent.az-ın məlumatına görə, Hindistana səfəri çərçivəsində S. Qandi ilə görüşən millət vəkili, Azərbaycan-Hindistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Q. Paşayeva dünyanın ən güclü qadınları siyahasında uzun illərdir ön sıralarda yer alan xanım ilə görüşməkdən məmnun olduğunu bildirib.

 

Görüşdə iştirak edən Azərbaycanın Hindistandakı fövqəladə və səlahiyyətli səfiri İbrahim Hacıyev Azərbaycan Hindistan münasibətlərinin inkişafına toxunaraq bu münasibətlərin daha da inkişafı üçün böyük potensial olduğunu və əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyin deyib.

 

Q. Paşayeva görüşdə Qarabağ münaqişəsi barədə də danışıb. O, Parlamentdə Azərbaycanın cəbhə bölgəsini təmsil etdiyini deyib, Ermənistanın 20 ildir işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi səbəbindən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evlərinə dönə bilməməsini xüsusi vurğulayıb.

 

Sonya Qandi Azərbaycanla əməkdaşlığın və əlaqələrin daha da inkişafında maraqlı olduqlarını və bütün istiqamətlərdə bunun üçün böyük potensial olduğunu deyib və səylərin artırılmasının vacibliyinə toxunub.

Sonda Q. Paşayeva S. Qandiyə 3 cildlik imzalı kitabını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı Soyqırımı həqiqətləri ilə bağlı materiallar, kitablar və Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.

Bundan əlavə S. Qandiyə Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqu da təqdim edilib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar