Millət vəkili Qənirə Paşayeva Aprel şəhidlərinin ailələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, “Aprel-2016: Şəhid ailələrinə dəstək” ictimai birliyinin həmtəsisçiləri Sevinc Alızadə və Aida Eyvazlının iştirakı ilə Aprel zəfəri şəhidlərinin ailələri ilə görüşdə millət vəkili Q.Paşayeva şəhidlərimiz kimi, onların anaları, xanımları, övladları da bizim üçün çox qiymətlidir və onlar bütün məclislərdə bu gün burada olduğu kimi xüsusi diqqətimizdə olmalıdır deyib və şəhidlərimizin və onların ailələrinin qəhrəmanlığından geniş danışıb.
Onları təbrik edən millət vəkili Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayıb. Onlara Allahdan bütün dualarına çatmalarını diləyib.
“Dövlətimizin hər zaman şəhid ailələrinə dəstək və qayğısını göstərib. İnşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək. Ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı edib”.
Aprel şəhidlərimizin ailələri ilə geniş söhbətlər, fikir mübadiləsi olub, millət vəkili Q.Paşayeva hər bir şəhid ailəsini ayrılıqda da dinləyib və hər zaman yanınızdayıq deyib.