Qəbələnin 100 000-ci sakini dünyaya gəlib - <span style="color:red;">YENİLƏNİB
15 fevral 2014 11:01 (UTC +04:00)

Qəbələnin 100 000-ci sakini dünyaya gəlib - YENİLƏNİB

Qəbələ rayonunun yüz mininci sakini dünyaya gəlib. APA-nın məlumatına görə, yüz mininci sakin rayonun Mirzəbəyli kəndinin sakinləri Samid və Seyranə Kərimovların ailələrində doğulub.

 

Yeni doğulan uşağın yüz mininci sakin olduğunu ailəyə Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri çatdırıb. Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Qırmızı Aypara Cəmiyyəti rayon təşkilatının sədri Sədaqət Bayramova yüz mininci sakinin anası Seyranə Kərimovanı təbrik edərək ona xatirə hədiyyələri təqdim ediblər. S.Kərimova övladının adını ölkə prezidentinin şərəfinə İlham qoyduqlarını deyib.

 

Xəstəxanasının doğum şöbəsinin müdiri Telli Babayeva rayonun yüz mininci sakininin sağlam doğulduğunu bildirib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703
avatar

Oxşar yazılar