Qəbələdə "Sənin Startın" lahiyəsi başlandı
25 sentyabr 2014 17:20 (UTC +04:00)

Qəbələdə "Sənin Startın" lahiyəsi başlandı

 

Qəbələdə Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sənin START”ın layihəsi başlanıb. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində xüsusi işlənib hazırlanan mexanizm vasitəsilə seçilən  şagirdlərə şəxsiyyətin inkişafına əsaslanan müxtəlif mövzulu təlimlər keçirilib.

 

Layihənin ilk günündə Qəbələ otelində professional təlimçi tərəfindən "Komputer Bilikləri" təlimi keçirilib. Təlimdə gənclərə elektron hesablama maşınlarının tarixçəsi, müxtəlif işlək proqramların izahı verilib. Daha sonra iştirakçılara tapşırıqlar verilən və tapşırığı yerinə yetirən şagirdlərə təlimçi tərəfindən istiqamət verilib.

 

Layihənin növbəti günündə iştirakçılara "Motivasiya" təlimi tədris olunub və onların potensial inkişaf istiqamətlərinə maraqlarının artırılması üçün təlimçi tərəfindən məsləhətlər verilib.

 

Layihə rəhbəri Orxan Sədizadə qeyd edib ki, "regionlarda bu tip layihələrin məktəb şagirləri arasında keçirilməsi xüsusi önəmlidir, layihə pilot layihə olub, uğur qazandığı təqdirdə davamlılığı təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 669
avatar

Səlcuq Elçin

Oxşar yazılar