Qazaxıstanda at ətindən yeni yemək: Ayğırburger!
11 dekabr 2013 15:49 (UTC +04:00)

Qazaxıstanda at ətindən yeni yemək: Ayğırburger!

Qazaxıstanın paytaxtı Astanada ilin sonunadək at ətindən ayğırburger adlı sendviçin yeni növü satışa çıxarılacaq. Lent.az-ın “BNews.kz”a istinadən verdiyi məlumata görə, daha öncə bu yemək yalnız Almatıdakı restoranlardan birində müştərilərin xüsusi sifarişi ilə hazırlanıb.

 

Yeni ərzaq növünün müəllifləri bildirirlər ki, ayğır qazax dilində 40 madyana yiyəlik etməyi bacaran ata deyilir. Bu səbəbdən, belə burger insana ən azı bir at gücü qədər güc və qüvvət verməlidir. Yaxın vaxtlarda Astanaya xüsusi qurğu gətiriləcək və ayqır-burgerin hazırlanması üçün personal öyrədiləcək. Belə burgerlərin istehsalı ilə məhz hansı şirkətin məşğul olacağı, hansı restoranlarda və hansı qiymətə satılacağı açıqlanmır.

 

Qeyd edək ki, Qazaxıstanın ilk at burgeri ilk dəfə payızda Almatıda “Toy kazan” adlı kulinariya festivalında təqdim olunub. Ayğırburger ölkənin digər şəhərlərində hələlik satılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1204
avatar

Oxşar yazılar