<b>Qaynar çay və qida qəbulunun FƏSADLARI - <span style="color:red;">Həkimdən ŞOK açıqlama </b>
23 mart 2019 17:59 (UTC +04:00)

Qaynar çay və qida qəbulunun FƏSADLARI - Həkimdən ŞOK açıqlama

Çayın və ya hər hansı mayenin, qidanın qaynar qəbulu qastro-ezofageal reflyuks xəstəliyinə, dolayısıyla qida borusu xərcənginə zəmin yaradır. (Mədə turşusunun patoloji şəkildə mədədən ezofaqusa - qida borusuna doğru geri gəlişi qastro-ezofageal reflyuks adlanır). 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu qastreontoloq həkim Süleyman Uraz deyib.

Qaynar içkilərin və qidaların  yemək borusunda hüceyrə dəyişikliyinə səbəb olduğunu deyən mütəxəssis bu halın qida borusunun xərçəngi xəstəliyini 2-3 dəfə artırdığını deyib.

O bildirib ki, çay və yaxud qəhvələrdən istifadə zamanı mayenin bir az soyumasını gözlmək vacibdir:

“Bu cür içkiləri süfrəyə qaynar halda gətirmək doğru deyil. Əgər içki və ya yemək qaynar halda süfrəyə gətilibsə, toxunduğunuz zaman sizi yandırmayacaq istilikdə oluncaya qədər gözləmək lazımdır”.

Həkim bildirib ki, qaynar qidaların, içkilərin yanında siqaret və alkoqollu içkilərdən istifadə isə xərçəng risqini  3-4 qat daha artırır.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107
avatar

Aygün İbrahimli

Oxşar yazılar