Qar yağacaq, dağlarda 3 dərəcə şaxta olacaq
19 oktyabr 2013 12:48 (UTC +04:00)

Qar yağacaq, dağlarda 3 dərəcə şaxta olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti oktyabrın 20-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın Lent.az-a verdiyi  məlumata görə, oktyabrın 19-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir  yağış yağacağı gözlənilir.

 

Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarına gəlincə, oktyabrın 20-də arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Aran rayonlarında gecə 10-15 dərəcə, gündüz 15-20 dərəcə isti, dağlarda gecə  3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181
avatar

Oxşar yazılar