Qar yağacaq
03 dekabr 2013 12:50 (UTC +04:00)

Qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək və gündüz mülayimləşəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Hava əsasən yağmursuz olacaq. Gecə temperatur 0-2 dərəcə, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, dekabrın 3-dən 4-ə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.

 

Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2942

Oxşar yazılar