Qanunu pozanlar cəzalandı
03 aprel 2013 17:40 (UTC +04:00)

Qanunu pozanlar cəzalandı

Vergilər Nazirliyi operativ nəzarət tədbirlərini davam etdirir. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Bu ilin mart ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. məsələlər üzrə  tədbirlər görülüb. 3849 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. 2092 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 395 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 255 vergi ödəyicisinin  vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi,  467 vergi ödəyicisinin xüsusi razılıq  (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyənləşib.

Operativ nəzarət tədbirləri zamanı 400 vergi ödəyicisi tərəfindən 737 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 222 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı,  18 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 165 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı tədbirlər görülüb.

# 682

Oxşar yazılar