Qafqaz Universitetinə yeni rektor təyin olundu
01 sentyabr 2016 17:50 (UTC +04:00)

Qafqaz Universitetinə yeni rektor təyin olundu

0

 Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub.

 

APA-nın xəbərinə görə, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib.

 

H. Məmmədov APA-ya faktı təsdiqləyərək bildirib ki, o bu gün Qafqaz Universitetinin kollektivinə təqdim edilib

 

Qeyd edək ki, Qafqaz Universitetinin təsisçisi Təhsil Nazirliyinə müraciət edərək universitetin iyulun 20-də bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.

 

Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 393

Oxşar yazılar