Psixoloqlar isə hesab edir ki, bütün insanlar özü haqqında müəyyən informasiya eşitməyi çox sevir. İnsan pisixologiyası elədir ki, hər bir insan öz bürcü haqqında danışıldığını duyduğu zaman sanki onun şəxsiyyəti barədə danışılır və bu onlara çox xoş təsir bağışlayır.
Bürclərə inam da məhz buradan qaynaqlanır. Psixoloq Təhminə Çələbi deyir ki, gündəlik həyatını məhz bürclər üzərində quran insanlar var. Bürcləri oxumaq, maraqlanmaq olar amma bu aşırı dərəcədə olarsa pis nəticələrə gətirib çıxarar. Psixoloq Təhminə Çələbinin sözlərinə görə,
"Düzgün düşünmək düzgün yaşamağın əsasıdır. Bizi düşüncələrimiz idarə edir. Bu baxımdan əgər bürclərdə mənfi nəsə deyilirsə o bizə çox mənfi təsir göstərir. Əgər qeyd olunursa ki, bu gün sizin sağlamlığınızada müəyyən problemlər olacaq, həmin insan pisixoloji bunu özünə inandırmağa başlayır və doğrudanda həmin xəstəliyi yaşayır. İnsanlar ümumiyyətlə həmişə nəyəsə inanmaq istəyir. İnsanlar varki bütün gününü, həyatını həftəsini ona görə planlaşdırırlar".
Psixoloqun dediyinə görə, daha çox belə insanlar özünə güvəni olmayan insanlardır. Bu cür insanlar özünü psixoloji müalicə etməlidir. Əgər bu mümkün deyilsə mütləq psixoterapevtə müraciət etməlidirlər.
Psixoloq onuda bildirdi ki, "belə insanlar özünə qiymət verməyi bacarmırlar və daima kənardan özlərinə qarşı diqqət gözləyirlər. Halbuki bu insanlar özlərinə qiymət verməyi bacarmalıdırlar. Bu bir növ pis vərdişlərdən asılılığa bənzəyir. Əgər biz həyatımızı doğrudan da o bürcün cümlələrinə, hər gün bizə söylənilən o proqnoza bağlayırıqsa, bu bir növ psixoloji asılılıq deməkdir".
Psixoloqun dediyi kimi yaxşı düşünək ki, yaxşı olsun.