Professor Afiq Bərdəli ilə görüş keçirilib
14 fevral 2014 00:10 (UTC +04:00)

Professor Afiq Bərdəli ilə görüş keçirilib

Mətbuat Şurasının «Tanıyaq tanıdaq» layihəsi çərçivəsində Türkiyənin Egey Universitetinin “Kök hüceyrəsi” kafedrasının qurucusu və professoru, Türkiyədə ilk Molekulyar Tibbi laboratoriyanın  yaradıcısı və rəhbəri, həmyerlimiz professor Afiq Bərdəli (Afiq Hüseynov) ilə görüş keçirilib.

 

Mətbuat Şurasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şuranın beynəlxalq münasibətlər komissiyasının xətti ilə gerçəkləşən toplantıda “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədovun A.Bərdəli haqqnda yazdığı “İzmir. Soydaşlarımızın biri” kitabı təqdim olunub.

 

MŞ sədri Əflatun Amaşov «Tanıyaq tanıdaq» layihəsi ilə bağlı məlumat verərək bildirib ki, belə bir təşəbbüsün məqsədi xarici ölkələrdə Azərbaycanı tanıdan həmvətənlərimizin həyat yolu və fəaliyyəti barədə ölkə mediasını və ictimaiyyətini məlumatlandırmaqdır.

 

Öz növbəsində professor A. Bərdəli xoş sözlərə və səmimi qəbula görə tədbir təşkilatçılarına təşəkkürünü bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 815
avatar

Oxşar yazılar