
ATU-nun 3 əməkdaşı təltif edilib
Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup səhiyyə işçisini “Tərəqqi” medalı və fəxri adlarla təltif edib.
Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin şəxslər arasındakı 3 nəfər universitetin əməkdaşı olub.
Belə ki, ATU-nun patoloji anatomiya kafedrasının müdiri, professor Həsənov Ədalət Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Yoluxucu xəstəliklər kafedrasının professoru Nərgiz Hüseynova və insan anatomiyası və tibbi terminologiya kafedrasının dosenti Arifə Məmmədova isə Azərbaycan səhiyyəsinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” adına layiq görülüblər.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
4 iyul 2025 , 08:34
İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14