Prezident Xızıda yenidənqurma işləri ilə tanış olub
22 iyul 2014 14:09 (UTC +04:00)

Prezident Xızıda yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Lent.az-ın məlumatına görə, Xızı rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verib.


Bildirilib ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.


Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verilib. Bildirilib ki, layihədə nəzərdə tutulan “Xızı Grand Hotel” ən yüksək standartlar səviyyəsində inşa olunacaq.

# 645
avatar

Oxşar yazılar