Prezidentini müvafiq fərman və sərəncamlarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən oktyabrın 1-i tarixinə 51 100 nəfərə Prezident təqaüdü təyin olunub. Nazirlikdən Lent.az-a verilən məlumata görə, cari ilin ötən dövründə ayrı-ayrı şəxslərə təyin olunan Prezident təqaüdlərində ciddi artımlar edilib. Belə ki, müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə təyin edilən Prezident təqaüdünün məbləği 2014-cü il aprelin 1-dən I qrup əlillərə 110 manatdan 150 manata, II qrup əlillərə 85 manatdan 130 manata, III qrup əlillərə 60 manatdan 100 manata çatdırılıb. Böyük Vətən Müharibəsi iştirakçılarına, “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan Prezident təqaüdünün aylıq məbləği də may ayının 1-dən 55 manatdan 100 manata çatdırılıb.
Eyni zamanda, I qrup əlilliyə görə sosial müavinət alan vətəndaşlara 01 aprel 2014-cü il tarixdən əlavə olaraq ayda 60 manat məbləğində Prezident təqaüdü təyin olunaraq ödənilir.

Prezident təqaüdçülərinin sayı açıqlandı
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33