Prezident Sumqayıta 5 milyon manat ayırdı – <span style="color:red;">Sərəncam
27 sentyabr 2016 18:12 (UTC +04:00)

Prezident Sumqayıta 5 milyon manat ayırdı – Sərəncam

0

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında  sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar