Prezident İlham Əliyev sentyabrın 3-də Biləsuvar rayonuna səfərini başa çatdıraraq Salyan rayonuna gəlib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov abidənin ətrafında və rayonda görülmüş işlər barədə İlham Əliyevə məlumat verib.
Daha sonra ölkə başçısının iştirakı ilə Salyan şəhərinə Şirvan-Muğan magistral su kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub. Dövlət başçısı burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Azərbaycan prezidenti su xəttini işə salıb.
Sonda xatirə şəkli çəkdirilib.